Home » ABA-nın təşkilatçılığı ilə “Marketinq və PR Ekspert Qrupu” üzvləri Türkiyəyə səfər edib – Foto

ABA-nın təşkilatçılığı ilə “Marketinq və PR Ekspert Qrupu” üzvləri Türkiyəyə səfər edib – Foto

by anar
0 comment 66 views 2 minutes read

24-26 aprel 2024-cü il tarixlərində Azərbaycan Banklar Assosiasiyası (ABA) və Türkiyə Banklar Birliyinin (TBB) birgə təşkilatçılığı ilə ABA-nın “Marketinq və PR Ekspert Qrupu”nun üzvlərinin qardaş Türkiyə Respublikasına rəsmi səfəri baş tutub.

3 günlük səfər çərçivəsində Türkiyə Respublikasının “Yapı Kredi Bankası”, “Ziraat Bankası”, “Halk Bankası”, “Garanti Bank BBVA”, “Mastercard”ın Türkiyə nümayəndəliyi və “Haber Global” TV-də olan ekspertlər ilə faydalı görüşlər keçirilmişdir. Görüşlərdə ictimaiyyətlə əlaqələr, rəqəmsal həllər, reklam kampaniyalarının təşkili və onların effektivliyinin hesablanması, sosial layihələr, müştəri münasibətlərinin idarə edilməsi, araşdırma və analiz, SME sektoru üçün marketinq aktivliyi və digər mövzular ətrafında müzakirələr və təcrübə mübadiləsi aparılmışdır.

Əlavə edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 23 bank və 2 qeyri-bank kredit təşkilatı, 4 digər təşkilat olmaqla, ümumilikdə 29 təşkilat ABA-nın üzvüdür.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.