Home » ABA-nın təşkilatçılığı ilə “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun Türkiyə səfəri başlamışdır

ABA-nın təşkilatçılığı ilə “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun Türkiyə səfəri başlamışdır

by bbnadm
0 rəy 2 baxış 1 dəqiqə oxuma

Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı ilə Azərbaycan Respublikası Mərkəzi Bankının Ödəniş sistemləri və hesablaşmalar departamentinin nümayəndəsinin, o cümlədən “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun təmsil  olunduğu geniş tərkibdə nümayəndə heyətinin Türkiyə Respublikasına təcrübə mübadiləsi üzrə rəsmi səfəri başlamışdır.

26-28 oktyabr tarixlərində baş tutacaq bu səfərin əsas məqsədi qardaş Türkiyə Respublikasının bank sisteminin rəqəmsal transformasiyası üzrə əldə edilən nailiyyətlərinin öyrənilməsi, qarşılıqlı əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsidir.

Səfər çərçivəsində Türkiyə Respublikasının Banklararası Kart Mərkəzi, “İng Bank”, “Vakıfbank”, “Ziraat Bank”, “Yapı Kredi Bank”, “Aktif Bank”, “Türkiye İş Bankası” kimi iri maliyyə institutları ilə yanaşı, “Visa İnc.” Beynəlxalq ödəniş sisteminin Türkiyə Respublikası üzrə nümayəndəliyi, Birleşik Ödeme Hizmetləri, Token, Payten kimi fintex şirkətləri ilə görüşlər keçiriləcəkdir. Görüşlərin əsas mövzularına rəqəmsal bank məhsul və xidmətləri, ödəniş alətləri, o cümlədən ödəniş kartları və bu sahədə tətbiq olunan yeniliklər, fırıldaqçılıq əməliyyatlarına qarşı mübarizə tədbirləri, innovativ ödəniş həll və texnologiyalarının tətbiqi, banklarla fintexlərin qarşılıqlı əməkdaşlıq istiqamətləri və digərləri aiddir.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatları təmsil etmək, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 25 bank və 5 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.