Home » ABA-nın təşkilati dəstəyi ilə “Dayanıqlı Üfüqlər: Azərbaycanın Yaşıl Tikinti” seminarı keçirilib – Foto

ABA-nın təşkilati dəstəyi ilə “Dayanıqlı Üfüqlər: Azərbaycanın Yaşıl Tikinti” seminarı keçirilib – Foto

by ulviyya
0 comment 12 views 2 minutes read

06 iyun 2024-cü il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA), Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyasının (ATİA) təşkilati dəstəyi və Dünya Bankı Qrupunun üzvü olan Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Avstriya Federal Maliyyə Nazirliyi, İnvestisiya Mühiti Məsləhət Xidmətləri (FIAS) ilə tərəfdaşlığı çərçivəsində “Dayanıqlı Üfüqlər: Azərbaycanın Yaşıl Tikinti” seminarı keçirilib.

ABA-nın rəhbər heyətinin də iştirak etdiyi tədbirdə icraçı direktor Yunus Abdulov “Maliyyə və tikinti sektorlarında yaşıl binaların transformasiya potensialının təsviri” mövzusunda çıxış edib.

Yunus Abdulov çıxışının əvvəlində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən təsdiq edilən “Dayanıqlı Maliyyə üzrə Yol Xəritəsi”dən irəli gələn prioritetlər və Assosiasiyanın ESG (Ətraf mühit, sosial və idarəetmə) sahəsində fəaliyyəti haqda qeyd edib.

Onun sözlərinə əsasən maliyyə və tikinti sektorlarında yaşıl binaların transformasiya potensialı mövzusunda müzakirələrə qoşulmaq bizim üçün olduqca əhəmiyyətlidir: “Banklar kreditləşmə və digər alətlər vasitəsi ilə yaşıl tikinti layihələri üçün lazım olan kapitalın təmin edilməsinə dəstək ola bilərlər. Beynəlxalq yanaşmada banklar bəzi hallarda dövlət dəstəyi ilə enerji səmərəli evlərin alınması üçün güzəştli yaşıl ipoteka kreditləri təklif edirlər. Ayrılan vəsaitlər günəş panelləri, izolyasiya və digər ekoloji təkmilləşdirmələrin xərclərini əhatə edə bilər”.

“Bunlarla yanaşı, yaşıl bina təşəbbüslərini dəstəkləmək banklara öz korporativ sosial məsuliyyət üzrə profillərini təkmilləşdirmək üçün də cəlbedici ola bilər”, – deyə icraçı direktor sözlərinə əlavə edib.

Xatırladaq ki, Azərbaycan Paris razılaşması çərçivəsində 2050-ci ilə qədər istixana qazlarının 40% azaldılmasına nail olmaq üzrə öhdəliyi qəbul edib. Seminar razılaşmadan irəli gələrək əməkdaşlığı və dayanıqlı tikinti təcrübələrinin qəbulunu təşviq etmək üçün ekspertləri və maraqlı tərəfləri bir araya gətirmək məqsədi daşıyıb.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 23 bank və 2 qeyri-bank kredit təşkilatı, 4 digər təşkilat olmaqla, ümumilikdə 29 təşkilat ABA-nın üzvüdür.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.