Home » ABA-nın təşkilatçılığı ilə “Marketinq və PR Ekspert Qrupu” nun Macarıstan səfəri başa çatmışdır

ABA-nın təşkilatçılığı ilə “Marketinq və PR Ekspert Qrupu” nun Macarıstan səfəri başa çatmışdır

by Aytac
0 comments 11 views 1 minutes read

24-25 sentyabr 2025-ci il tarixlərində Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə ABA-nın “Marketinq və PR Ekspert Qrupu”nun üzvlərinin Macarsıtan Respublikasına səfəri təşkil edilmişdir.

Görüşlər zamanı nümayəndə heyəti OTP Bank Plc, K&H Bank, Erste Bank Hungary Plc və MHB Bank kimi aparıcı maliyyə qurumlarının təcrübələri ilə yaxından tanış olmuş, qarşılıqlı fikir mübadiləsi və faydalı müzakirələr aparmışlar.

Səfər çərçivəsində iştirakçılar aşağıdakı mövzularla tanış olmuşdur:

  • PR fəaliyyətlərinin istiqaməti
  • Böhran vəziyyətlərində PR strategiyası
  • İstehlakçı və biznes müştərilər üçün marketinq strategiyaları
  • Reklam kampaniyalarının hazırlanma prosesi
  • Sosial media marketinqində yeni trendlər və platformalar
  • Oyun və metaverse marketinqi
  • Sosial layihələr (KSM)
  • Süni intellekt və marketinqin avtomatlaşdırılması

Səfər zamanı həmçinin Azərbaycan Banklar Assosiasiyası Reka Hamoriyə Assosiasiyanın ekspert qruplarına göstərdiyi dəyərli dəstəyə və Macarıstan Banklar Assosiasiyasının Direktoru vəzifəsinə təyin olunmasına görə xüsusi plaket təqdim edib.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 22 bank və 2 qeyri-bank kredit təşkilatı, 3 digər təşkilat olmaqla, ümumilikdə 27 təşkilat ABA-nın üzvüdür.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.