Home » ABA prezidenti: Azərbaycan bank sektorunun aktivləri 57,1 milyard manata çatıb

ABA prezidenti: Azərbaycan bank sektorunun aktivləri 57,1 milyard manata çatıb

by yunus
0 comments 10 views 1 minutes read

Azərbaycan bank sektorunda artım dinamikası davam edir və sektorun maliyyə dayanıqlılığı güclənir.

BBN.az xəbər verir ki, bunu Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev “APA-Economics”ə müsahibəsində bildirib.

Onun sözlərinə görə, 2025-ci il bank sektoru üçün müsbət nəticələrlə yadda qalıb.

“İlin sonuna bank sektorunun aktivləri 7,7% artaraq 57,1 milyard manata çatıb. Kredit portfeli 9,4% artaraq 30,1 milyard manatı ötüb. Depozit portfeli isə 38,2 milyard manat təşkil edib”, – deyə o qeyd edib.

Z.Nuriyev bildirib ki, məcmu kapital da artım nümayiş etdirib və 10% yüksələrək 6,8 milyard manata çatıb.

Onun sözlərinə görə, kreditlərin depozit portfelinə nisbəti də yüksəlib:

“Bu göstərici 72,9%-dən 78,7%-ə qalxıb ki, bu da kreditləşmənin aktiv olduğunu və real iqtisadiyyata maliyyə dəstəyinin artdığını göstərir”.

ABA prezidenti əlavə edib ki, kredit portfelinin strukturunda biznes kreditləri üstünlük təşkil edir və portfelin yarıdan çoxunu təşkil edir.

Bundan başqa, qeyri-işlək kreditlərin payı 2,5% səviyyəsində formalaşıb ki, bu da sektor üzrə risklərin idarə edilməsinin effektiv olduğunu göstərir.

Z.Nuriyevin sözlərinə görə, əhalinin banklara olan inamı da artmaqda davam edir.

“2025-ci ildə əhalinin banklardakı əmanətləri 14,2% artaraq 16,3 milyard manatı ötüb”, – deyə o qeyd edib.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.