Home » ABA prezidenti Zakir Nuriyevin “Forbes Caspian Energy” jurnalında məqaləsi dərc edilmişdir

ABA prezidenti Zakir Nuriyevin “Forbes Caspian Energy” jurnalında məqaləsi dərc edilmişdir

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyevin “Forbes Caspian Energy” jurnalının mart ayında işıq üzü görən birinci sayında “Azərbaycan bank sektoru: yeni inkişaf dövründə” (The Azerbaijani banking sector: A new period of development) adlı məqaləsi dərc edilmişdir.

Məqalədə bank sektorunun strukturu, kapitallaşması, likvidliyi, eyni zamanda aktivlərin, kredit və depozit portfelindəki kəmiyyət və keyfiyyət yaxşılaşması və bunun səbəbləri, bu dinamikanın qonşu ölkələrlə müqayisəsi geniş izah edilmişdir. Bununla yanaşı, məqalədə ölkə banklarının renkinqi və mənfəətliliyi, eləcə də sektorun qarşılaşdığı çağırışlar və atılan addımlar, son dövrlərdə requlyativ çərçivədə baş verən yeniliklər, həmçinin rəqəmsallaşma və nağdsız ödənişlərdə müşahidə edilən sürətli inkişaf haqqında da məlumatlar öz əksinin tapmışdır.

Əlavə edək ki, “Caspian Energy Club” bir əsrdən çox tarixi olan “Forbes” brendi ilə əməkdaşlığa başlamışdır. 2022-ci ilin mart ayında “Forbes Georgia” ilə imzalanmış memorandum əsasında xüsusi buraxılış qismində “Forbes Caspian Energy” jurnalının birinci sayı işıq üzü görmüşdür.

ABA prezidenti Zakir Nuriyevin müəllifi olduğu yazının tam versiyasını aşağıdakı linkə klik edərək oxuya bilərsiniz.

The Azerbaijani Banking Sector: A New Period of Development

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatları təmsil etmək, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 25 bank və 5 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.