Home » ABA rəhbər heyəti Türkiyə Banklar Birliyinin 67-ci Ümumi Yığıncağında iştirak etmişdir

ABA rəhbər heyəti Türkiyə Banklar Birliyinin 67-ci Ümumi Yığıncağında iştirak etmişdir

by Aytac
0 rəy 3 baxış 1 dəqiqə oxuma

Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev və Assosiasiyanın icraçı direktoru Yunus Abdulov Türkiyə Banklar Birliyinin İdarə Heyətinin sədri Alpaslan Çakarın dəvəti ilə Türkiyə Banklar Birliyinin (TBB) 67-ci Ümumi Yığıncağında iştirak ediblər.

Tədbirdə Türkdilli Dövlətlərin Banklar Assosiasiyaları Şurasının üzvü qismidə dəvət almış ABA-nın rəhbərləri ilə yanaşı Özbəkistan Banklar Assosiasiyasının Baş Direktoru (CEO) Bəxtiyar Həmidov iştirak etmişdir.

Ümumi Yığıncaq Türkiyənin Xəzinə və Maliyyə Naziri cənab Mehmet Şimşəkin iştirakı ilə keçirilib. İclasın açılış hissəsində TBB İdarə Heyətinin sədri Alpaslan Çakar və Bank Tənzimləmə və Nəzarət Təşkilatının sədri Prof. Dr. Şahap Kavcıoğlu və nazir Mehmet Şimşək çıxış etdilər.

Üzv bankların iştirakı ilə keçirilən iclasda 2024-2025-ci illər üçün fəaliyyət hesabatı və büdcə müzakirə edilmişdır. Sonda Birliyin İdarə Heyətinin və Auditorlar Şurasının üzvləri təsdiq edilmişdir.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.