Home » ABA rəhbər heyəti Daşkənddə Türkdilli Dövlətlərin Banklar Assosiasiyaları Şurasının IV iclasında iştirak etmişdir – Foto

ABA rəhbər heyəti Daşkənddə Türkdilli Dövlətlərin Banklar Assosiasiyaları Şurasının IV iclasında iştirak etmişdir – Foto

by ulviyya
0 comment 14 views 2 minutes read

07 may 2024-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) rəhbər heyəti Özbəkistan Banklar Assosiasiyasının ev sahibliyi etdiyi ölkənin paytaxtı Daşkənd şəhərində keçirilən Türkdilli Dövlətlərin Banklar Assosiasiyaları Şurasının IV iclasında iştirak etmişdir.

“Maliyyə trendləri – FinTech və banklar, fırıldaqçılıqla mübarizə, İslam bankçılığının populyarlaşması” adlı konfransın açılış panelində Şuranın prezidenti olaraq Türkiyə Banklar Birliyi idarə heyətinin sədri, Ziraat Bankın baş icraçı direktoru və idarə heyətinin üzvü Alpaslan Çakar və vitse-prezidenti ABA prezidenti Zakir Nuriyev, eyni zamanda Şuraya üzv ölkələrin rəhbər şəxsləri çıxışlar etmişdirlər.

Şuranın prezidenti Alpaslan Çakar açılış panelində bu sözləri demişdir: “2022-ci ildə İstanbulda başladığımız yolculuğa, keçən il Bakı, bu il də Daşkənddə davam edirik. Şura üzvləri olaraq hər il bir araya gəlirik və region üçün əhəmiyyətli olan iqtisadi məsələlər ətrafında müzakirələr aparırıq”.

Eyni zamanda Şuranın vitse-prezidenti Zakir Nuriyev açılış panelində çıxışında bildirmişdir ki, Türk dünyasının banklar assosiasiyalarının bir araya gəldiyi növbəti tədbirin belə qısa müddətdə təşkili bu birliyə verilən önəmin yüksək olduğunu göstərir:

“Banklar və ümumilikdə maliyyə sektoru iqtisadiyyatın lokomotividir və onların birliyi iqtisadiyyatda əhəmiyyətli irəliləyişlərin əldə edilməsinə və yön verilməsinə ciddi dəstək olur. Türk bank icmalarının birgə fəaliyyəti də ölkələr arasındakı iqtisadi bağların daha da güclənməsinə imkan yaradacaqdır. Türkdilli Dövlətlərin Banklar Assosiasiyaları Şurası, o cümlədən Azərbaycan Banklar Assosiasiyası olaraq bu əməkdaşlığı davamlı dəstəkləyəcəyik. Azərbaycan bankları da qeyd etdiyim kimi Azərbaycan iqtisadiyyatının bir lokomotivi olaraq, öz inkişafını davam etdirir. Bu inkişafı, həm kəmiyyət, həm keyfiyyət, həm də rəqəmsallaşmada özünü göstərməkdədir”, – deyə qeyd edib.

Əlavə edək ki, 04 noyabr 2022-ci il tarixində Türkdilli dövlətlərlə mövcud münasibətlərin iqtisadi baxımdan daha da dərinləşdirilməsi və bu əsasda maliyyə-bank sistemləri arasındakı əlaqənin genişləndirilməsi məqsədilə “Türkdilli Dövlətlərin Banklar Assosiasiyaları Şurası” (Şura) yaradılmışdır.

Qeyd edək ki, 13 iyun 2023-cü il tarixində “Türkdilli Dövlətlərin Banklar Assosiasiyaları Şurası”nın ikinci iclası Bakıda baş tutmuşdur.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.