Home » ABA tərəfindən “Rəqəmsal ödənişlərdə fırıldaqçılıq halları”mövzusunda seminar keçirilmişdir

ABA tərəfindən “Rəqəmsal ödənişlərdə fırıldaqçılıq halları”mövzusunda seminar keçirilmişdir

by anar
0 comments 18 views 1 minutes read

14 iyun 2023-cü il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindən “Mastercard Worldwide” beynəlxalq ödəniş sistemi ilə əməkdaşlıq çərçivəsində “Rəqəmsal ödənişlərdə fırıldaqçılıq halları”mövzusunda seminar keçirilmişdir.

“Yapı Kredi Bank Azərbaycan” QSC-nin baş ofisində bank və fintex ekosisteminin nümayəndələri üçün keçirilən seminarda son fırıldaqçılıq trendləri və onlara qarşı mübarizə tədbirləri açıqlanmışdır. Tədbir zamanı təsərrüfat subyeklərinin kateqoriya kodlarının (MCC kod) təyin edilməsi və tələblərin pozulması zamanı atılacaq addımlar, elektron pul emitentləri ilə qarşılıqlı əməkdaşlıq və yarana biləcək risklərin idarəedilməsi, rəqəmsal platformaların fəaliyyətinin təşkili üzrə risklərin qarşısının alınması və digər mövzular müzakirə edilərək tədbir iştirakçılarının çoxsaylı sualları cavablandırılmışdır.

Əlavə edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 24 bank və 6 qeyri-bank kredit təşkilatı ABA-nın üzvüdür.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.