Home » ABA üzvlərinin əməkdaşları vətən müharibəsində iştirak ediblər

ABA üzvlərinin əməkdaşları vətən müharibəsində iştirak ediblər

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin başçılığı ilə rəşadətli ordumuz torpaqlarımızı işğaldan azad edərək şanlı qələbəyə imza atmışdır!

44 günlük Vətən Müharibəsi bizlərə həm zəfər sevinci yaşatmış, həm də Vətənin qəhrəman oğullarını bizə tanıtdırmışdır. Vətən Müharibəsində Azərbaycan Banklar Assosiasiyasına (ABA) üzv bankların da əməkdaşları qəhrəmancasına vuruşmuşdur.

Ölkədə fəaliyyət göstərən bankların 300-ə yaxın əməkdaşı Vətən Müharibəsinin iştirakçısı olmuş, onlardan 6 əməkdaş Şəhidlik zirvəsinə ucalmışdır.

Qəhrəmanlarımızı hər zaman xatırlamaq və unudulmaması üçün çalışmaq hər birimizin borcudur!

Bunu nəzərə alaraq, ABA olaraq üzvlərimizin Vətən Müharibəsində qəhrəmanca vuruşmuş və Şəhidlik zirvəsinə ucalmış əməkdaşlarını tanıtmağa davam edəcəyik.

Məlumatlar sosial şəbəkə hesablarımızda yayımlanacaq!

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.