Home » ABA və Milli Depozit Mərkəzi arasında onlayn görüş keçirilib

ABA və Milli Depozit Mərkəzi arasında onlayn görüş keçirilib

by yunus
0 comments 1 views 1 minutes read

25 noyabr 2025-ci il tarixində, Azərbaycan Banklar Assosiasiyası (ABA) nəzdində fəaliyyət göstərən “Xəzinədarlıq və İnvestisiyaların İdarə Olunması” ekspert qrupunun üzvləri və Milli Depozit Mərkəzinin (MDM) rəhbərliyi arasında onlayn formatda görüş keçirilib.

Görüş çərçivəsində mərkəzi depozitarın fəaliyyət istiqamətləri, əsas funksiyaları barədə  məlumat təqdim edilib. Eyni zamanda MDM-in ölkənin maliyyə bazarında yerinə yetirdiyi strateji roldan, habelə depozitar xidmətlərin təkmilləşdirilməsi sahəsində görüləcək tədbirlər diqqətə çatdırılıb.

Həmçinin iştirakçılar tərəfindən təqdim edilən təkliflər üzərində interaktiv qaydada fikir mübadiləsi aparılıb, bununla əlaqədar MDM tərəfindən həyata keçiriləcək yeniliklər, rəqəmsal transformasiya layihələri və texnoloji təkmilləşdirmələr haqqında məlumatlar təqdim edilib.

Görüş zamanı qarşılıqlı əməkdaşlıq istiqamətləri, maliyyə bazarlarının inkişafına dair mövcud təşəbbüslər və gələcək əməkdaşlıq imkanları barədə də müzakirələr aparılıb.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 22 bank və 2 qeyri-bank kredit təşkilatı, 3 digər təşkilat olmaqla, ümumilikdə 27 təşkilat ABA-nın üzvüdür.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.