Home » ABA və Böyük Britaniya Səfirliyi rəqəmsal bankçılıq üzrə əməkdaşlıq imkanlarını müzakirə edib

ABA və Böyük Britaniya Səfirliyi rəqəmsal bankçılıq üzrə əməkdaşlıq imkanlarını müzakirə edib

by yunus
0 comments 5 views 1 minutes read

30 sentyabr 2025-ci il tarixində Böyük Britaniyanın Azərbaycandakı Səfirliyinin təşkilatçılığı və Azərbaycan Banklar Assosiasiyasının (ABA) dəstəyi ilə səfir cənab Fergus Auldun iqamətgahında görüş keçirilib.

Tədbirdə Böyük Britaniyanın Azərbaycandakı səlahiyyətli səfiri cənab Fergus Auld, Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev və icraçı direktoru Yunus Abdulov, Böyük Britaniyanın aparıcı rəqəmsal bankı Starling Bankın qlobal texnologiya bölməsi olan Engine by Starling şirkətinin nümayəndələri – Cessika Bleyki və Sonya Viyeyra, eləcə də ABA-ya üzv bankların nümayəndələri iştirak ediblər.

Görüşün əsas məqsədi müasir bank texnologiyaları və rəqəmsal transformasiya sahəsində qabaqcıl təcrübələrin paylaşılması, eləcə də Azərbaycan və Böyük Britaniya arasında maliyyə və texnologiya sahəsində əməkdaşlıq imkanlarının gücləndirilməsi olub.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 22 bank və 2 qeyri-bank kredit təşkilatı, 3 digər təşkilat olmaqla, ümumilikdə 27 təşkilat ABA-nın üzvüdür.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.