Home » ABA və Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşlığı çərçivəsində bank əməkdaşları üçün təlim keçirilmişdir

ABA və Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşlığı çərçivəsində bank əməkdaşları üçün təlim keçirilmişdir

by ulviyya
0 rəy 4 baxış 1 dəqiqə oxuma

22 avqust 2024-cü il tarixində son dövrlərdə əmək qanunvericiliyinə edilmiş dəyişikliklər ilə bağlı Azərbaycan Banklar Assosiasiyası (ABA) və Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) əməkdaşlığı çərçivəsində DƏMX tərəfindən ABA-ya üzv bankların bu sahəyə məsul əməkdaşları üçün “Zoom” platforması üzərindən maarifləndirmə təlimi təşkil edilmişdir. 

Təlim zamanı son dəyişikliklərin portalda tətbiqi, qaydalar, işəgötürənlərin vəzifələri haqqında məlumat ilə yanaşı, iştirakçıları maraqlandıran suallara cavab verilmişdir.  

Əlavə edək ki, əmək qanunvericiliyinə son edilən dəyişikliyə əsasən əmək münasibətləri və məşğulluq sahələrində rəqəmsal xidmətlər genişləndirilməkdədir.   

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 22 bank və 3 qeyri-bank kredit təşkilatı, 4 digər təşkilat olmaqla, ümumilikdə 29 təşkilat ABA-nın üzvüdür.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.