12 iyul 2024-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasına üzv bankların iştirakı ilə “ABB – İnvest” investisiya şirkətinin nümayəndələri tərəfindən “ABB-nin səhm emissiyasi” mövzusunda seminar keçirilmişdir.
Seminarın təşkilində əsas məqsəd “ABB” ASC səhmlərinin satışı prosesinə dəstək və yaranan sualların cavablandırılması olmuşdur.
Seminarda, təlimçi qismində “ABB – İnvest” investisiya şirkətinin nümayəndələri Elçin Məmmədov, Aqşin Əzizov və Vüqar Tanırverdiyev çıxış etmişdir.
Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 22 bank və 3 qeyri-bank kredit təşkilatı, 4 digər təşkilat olmaqla, ümumilikdə 29 təşkilat ABA-nın üzvüdür.