Home » ABB 1 milyon manat ianə etdi!

ABB 1 milyon manat ianə etdi!

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

ABB Türkiyədə baş vermiş zəlzələdən zərər çəkənlərə yardım məqsədilə 1 milyon manat ianə edib. Vəsait Türkiyə Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) hesabına köçürülüb.

ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bu addımın Bankın korporativ sosial məsuliyyətinə uyğun atıldığını bildirib: “Dövlətimizin və vətəndaşlarımızın dəstəyinə qoşularaq ABB də bu çətin məqamda qardaş Türkiyəyə kömək göstərməyə çalışır. Baş vermiş faciə nəticəsində Türkiyə xalqına başsağlığı verir, zəlzələ nəticəsində dünyasını dəyişənlərə rəhmət, yaralılara şəfa diləyirik”. 

Qeyd edək ki, Bankın ABB Mobile tətbiqi istifadəçilərinin də tətbiq üzərindən yardımları davam etməkdədir. Vəsaitlər AFAD-ın hesabına köçürülür. Zəlzələdən zərər çəkənlərə yardımları bu Türkiyə bankları  vasitəsilə də köçürmək mümkündür. ABB Mobile, eləcə də banklar vasitəsilə köçürmə zamanı komissiya haqqı və ƏDV tutulmur.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.