Home » ABB 2023-cü il üzrə Dayanıqlı İnkişaf Hesabatını açıqladı

ABB 2023-cü il üzrə Dayanıqlı İnkişaf Hesabatını açıqladı

by anar
0 comment 1 views 1 minutes read

ABB Dayanıqlı İnkişaf Məqsədləri (DİM), eləcə də ekoloji, sosial və korporativ idarəetmə (ESİ) ilə bağlı öhdəliklərinə sadiq qalaraq 2023-cü il üzrə Dayanıqlı İnkişaf Hesabatını təqdim edib.

Qlobal Hesabatlılıq Təşəbbüsü (GRI) 2021 Standartlarının tövsiyələrini, eləcə də BMT-nin və digər beynəlxalq qurumların dayanıqlılıq üzrə təşəbbüslərini rəhbər tutaraq hazırlanmış hesabat ABB-nin “Yaşıl dünya naminə həmrəylik” çərçivəsində həyata keçirdiyi layihələrin davamıdır.

Dayanıqlı İnkişaf Hesabatında ABB-nin 2023-cü il ərzində sosial, ətraf mühit, iqtisadi, məsuliyyətli idarəetmə üzrə fəaliyyətinin nəticələri əks olunub. Bankın dayanıqlı inkişaf göstəriciləri son üç il üzrə müqayisəli şəkildə təqdim edilib. Beləliklə, oxuculara ABB-nin dayanıqlı inkişaf tendensiyalarını aydın şəkildə izləyərək təhlil etmək imkanı yaradılıb.

Beynəlxalq audit şirkəti olan EY hesabatda açıqlanmış qeyri-maliyyə göstəricilərinin düzgünlüyü və şəffaflığı barədə müstəqil əminlik bəyannaməsi verib.

ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib: “Bu hesabat ABB Maliyyə Qrupu olaraq son illərdə dayanıqlı inkişaf istiqamətində əldə etdiyimiz nailiyyətlərə ümumi baxışdır. “Yaşıl dünya naminə həmrəylik ili”ndə belə bir hesabat bizim üçün xüsusi dəyər daşıyır. Nəticələrimizi qiymətləndirməyə, yeni hədəflərimizi müəyyənləşdirməyə kömək göstərir. Ənənəmizə sadiq qalaraq 2023-cü il üzrə Dayanıqlı İnkişaf Hesabatımızda da məlumatların maksimum əhatəli olmasına çalışmışıq. Yanaşmalar yeni, standartlar beynəlxalq təcrübəyə uyğundur”.

Xatırladaq ki, ABB dayanıqlılıq sahəsində təşəbbüslərinin tərkib hissəsi kimi bu il BMT-nin Qlobal Sazişinə də qoşulub. Bu Saziş biznesin sosial məsuliyyətinin təşviq edilməsi və onun dayanıqlı inkişaf prinsiplərinə uyğunluğunu stimullaşdırır.

Hesabatla buradan tanış ola bilərsiniz.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.