Home » ABB ASC-də “Data Platform development journey at ABB Bank” mövzusunda seminar keçirilib

ABB ASC-də “Data Platform development journey at ABB Bank” mövzusunda seminar keçirilib

by yunus
0 comments 3 views 1 minutes read

27 fevral 2026-cı il tarixində ABB ASC-nin baş ofisində “Data Platform development journey at ABB Bank” mövzusunda seminar uğurla baş tutub. Tədbir Azərbaycan Banklar Assosiasiyası-nın dəstəyi ilə təşkil olunub.

Seminarın əsas məqsədi bank sektorunda data sahəsində tətbiq olunan müasir yanaşmalar, arxitektura modelləri və texniki həllərlə bağlı bilik və təcrübə mübadiləsinin aparılması olub. Tədbir çərçivəsində iştirakçılara ABB-də həyata keçirilən data platformasının inkişaf yolu, tətbiq edilən innovativ texnologiyalar və əldə olunan nəticələr barədə ətraflı məlumat təqdim edilib.

Seminarda ölkənin aparıcı banklarının Data və İT sahələri üzrə rəhbər şəxsləri iştirak edərək mövzu ətrafında fikir mübadiləsi aparıb, qarşılıqlı təcrübə paylaşımı həyata keçiriblər. Tədbir həmçinin sektor daxilində əməkdaşlığın gücləndirilməsi və peşəkar müzakirələrin genişləndirilməsi baxımından əhəmiyyətli platforma rolunu oynayıb.

Qeyd edək ki, bu kimi təşəbbüslər bank sektorunda rəqəmsal transformasiyanın sürətləndirilməsi, innovativ həllərin tətbiqi və məlumat əsaslı qərar qəbuletmə proseslərinin inkişafına mühüm töhfə verir.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.