ABB-də “Yay fürsəti” daha sərfəli şərtlərlə davam edir! Filiallarda

ABB-dən “Yay fürsəti” kampaniyası daha sərfəli şərtlərlə davam edir.
İndi hər kəs kampaniya çərçivəsində 30 000 AZN-dək məbləğ, 60 ayadək müddət, 14%-dən başlayan illik faiz dərəcəsi ilə əlavə komissiya haqqı olmadan nağd pul krediti əldə edə bilər. Bunun üçün sadəcə şəxsiyyət vəsiqəsi ilə Bankın istənilən filialına yaxınlaşmaq kifayətdir.

Kampaniya 27 sentyabr tarixinədək davam edəcək.

Filiallarda növbə gözləmək istəməyən müştərilər isə Bankın rəsmi internet səhifəsinə daxil olaraq R@ndevu xidmətindən yararlana bilərlər.

Nağd pul kreditini əldə etmək üçün həmçinin onlayn qaydada müraciət edib eyni şərtlərlə 20 000 AZN-dək krediti rəsmləşdirmək mümkündür. Üstəlik, əmək haqqını ABB-dən almayan müştərilər də bu sərfəli kredit fürsətindən faydalana bilər.

Müasir dövlət bankı olan ABB-nin universal və faydalı məhsul və xidmətləri ilə bağlı ətraflı məlumatı bankın filial və şöbələrindən, www.abb-bank.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır