Home » ABB-dən biznes sahibləri üçün daha bir sərfəli xidmət!

ABB-dən biznes sahibləri üçün daha bir sərfəli xidmət!

by anar
0 comment 2 views 1 minutes read

Bizneslərin etibarlı tərəfdaşı olan ABB, onlar üçün daha bir sərfəli imkan yaradıb. Sahibkarlar artıq ABB-nin POS-terminalları üzərindən AniPay sistemi ilə QR ödənişlərini qəbul edə bilərlər.

Belə ki, müştəri alış-verişdən sonra mobil telefonunda ABB mobile bank tətbiqini açaraq QR-la rahat şəkildə ödənişini aparır. ABB bu layihəni “NBA Technologies International” MMC şirkəti ilə birgə reallaşdırıb.

Ödənilən məbləğ dərhal biznes subyektinin hesabına daxil olur. Bu yeniliyin bizneslər üçün əsas üstünlüklərindən biri də komissiya haqlarının son dərəcə sərfəli olmasıdır.

Üstəlik, sentyabr ayının sonunadək xidmətdən istifadə tamamilə komissiyasızdır. Xidmətdən istifadə etmək üçün müraciət edə bilərsiniz: https://tamkart.az/partners/partner-with-us

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.