Home » ABB-dən gənclər üçün “FaydaMania” ilə qazanc fürsəti!

ABB-dən gənclər üçün “FaydaMania” ilə qazanc fürsəti!

by anar
0 comments 0 views 1 minutes read

Bütün müştəri seqmentlərinin universal bankı olan ABB gənc müştəriləri üçün də qazandıran imkan yaradıb. Bank “FaydaMania” loyallıq proqramını gənclərin istifadəsinə verib.

ABB mobile tətbiqinin 18-29 yaş aralığında olan istifadəçiləri tətbiqdə “FaydaMania” funksionallığını aktivləşdirərək lazımi hədəflərə çatıb müxtəlif mükafatlar qazana bilərlər. Mükafatlara ayrı-ayrı kateqoriyalar üzrə artırılmış keşbek məbləğləri, promokodlar, kinoya, başqa əyləncəli tədbirlərə biletlər və digər hədiyyələr daxildir.

Bu imkandan yararlanmaq üçün 3 sadə addım kifayətdir: ABB mobile tətbiqinin “Sənə özəl” bölməsindən “FaydaMania” funksionallığını aktivləşdirmək; “Bütün təkliflərin” bölməsinə keçərək hədəflərlə tanış olmaq; lazımi dövriyyə hədəfinə çatandan sonra qazanılmış mükafatı qəbul etmək. Gənc müştəri eyni anda aktiv olan bütün hədəflərə çata bilər.

ABB-nin müasir, faydalı, universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.