Home » ABB menecerləri Koç Universitetində təhsil alacaqlar

ABB menecerləri Koç Universitetində təhsil alacaqlar

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

ABB öz əməkdaşlarının davamlı inkişafı məqsədilə Türkiyənin ən nüfuzlu ali təhsil müəssisələri arasında olan Koç Universiteti ilə tərəfdaşlığa başlayıb. Bank dünya universitetlərinin yüksək reytinqində yer alan bu universitetlə birgə “Executive Mini-MBA” proqramını icra edəcək. Proqram ABB əməkdaşları üçün xüsusi hazırlanmış tədris planı əsasında həyata keçiriləcək. 

21 nəfər ABB əməkdaşı proqramın seçim mərhələlərindən uğurla keçərək Koç Universitetində təhsil almaq hüququ qazanıb. Əməkdaşlar strateji marketinq, strateji düşünmə və planlaşdırma, rəhbərlər üçün maliyyə, rəqəmsal transformasiya və texnoloji trendlər, data əsaslı qərarvermə, effektiv danışıq aparmaq, təşkilati davranış və korporativ mədəniyyət, təsirli ünsiyyət və faydalı rəy mövzuları üzrə praktik bilik və bacarıqlar əldə edəcəklər. 6 aylıq proqram çərçivəsində dərslər Koç Universitetinin professorları tərəfindən həm Bakıda, həm də İstanbulda tədris ediləcək.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.