Home » ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov Azərbaycan Beynəlxalq Sığorta Forumunda iştirak edib – Foto

ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov Azərbaycan Beynəlxalq Sığorta Forumunda iştirak edib – Foto

by anar
0 comments 10 views 1 minutes read

“Ölkəmizdə keçirilən AIIF-2024 (Azərbaycan Beynəlxalq Sığorta Forumu – Azerbaijan International Insurance Forum) tədbirinin “Bancassurance” panelində yerli və xarici həmkarlarımızla fikir mübadiləsi apardıq”. 

BBN.az xəbər verir ki, bu haqda bu sözləri ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov özünün LinkedIn platformasında yazıb.

“Bank və sığorta sektorları arasında mümkün sinerji imkanlarını nəzərdən keçirdik. Mövcud perspektivləri dəyərləndirməyə çalışdıq. 7 növ sığorta məhsulu və investisiya həllərini müştərilərimiz üçün əlçatan edən uğurlu rəqəmsal biznes modelimiz barədə fikirlərimizi də bölüşdük”. 

İdarə Heyətinin sədrinin sözlərinə əsasən ABB-nin maliyyə ekosistemi yaratmaq hədəflərinə doğru bundan sonra da tərəfdaşlarımızla birgə irəliləyəcəyik.

Qeyd edək ki, iyunun 20-21 tarixlərində keçirilən forum Azərbaycan Mərkəzi Bankının strateji dəstəyi və Azərbaycan Sığortaçılar Assosiasiyasının təşkilatçılığı ilə baş tutub. Forumda avtonəqliyyat və sağlamlıq sığortaları, habelə iqlim risklərinin idarə edilməsində sığortanın rolu kimi lokal və qlobal sığorta bazarları üçün aktual olan mövzular ətrafında panel müzakirələri aparılıb.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.