Home » ABB-nin iştirakı ilə 1 milyon ağac əkiləcək!

ABB-nin iştirakı ilə 1 milyon ağac əkiləcək!

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

ABB Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə martın 15-də Bakının Müşfiqabad qəsəbəsində təşkil olunmuş ağacəkmə aksiyasında iştirak edib.

Aksiya Azərbaycan Respublikasının Mərkəzi Bankı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyası, Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyası və Azərbaycan Fintex Assosiasiyası arasında imzalanmış 13 mart 2023-cü il tarixli “Anlaşma Memorandumu” əsasında təşkil olunub.  Memoranduma əsasən, bu ildən başlayaraq 10 il ərzində hər il 100 000 ağac olmaqla, ölkəmizdə ümumən 1 milyon ağac əkiləcək.

Aksiya zamanı ağaclar Müşfiqabad qəsəbəsində meşə massivinin salınması məqsədilə ayrılmış sahədə əkilib. Müvafiq qurumların maliyyə dəstəyi ilə ərazidə damla-sulama sistemi də qurulub.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/  rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.