Home » ABB növbəti dəfə yüksək təhlükəsizlik sertifikatı aldı!

ABB növbəti dəfə yüksək təhlükəsizlik sertifikatı aldı!

by Aytac
0 comments 0 views 1 minutes read

ABB bank əməliyyatlarının təhlükəsizliyini PCI DSS 4.0.1 (Payment Card Industry Data Security Standard) sertifikatı ilə növbəti dəfə təsdiqlədi! Bu, ABB-nin rəqəmsal sistemlərinin, infrastrukturunun və proseslərinin ən son təhlükəsizlik standartlarına uyğunluğunu yenidən təsdiqləmiş olur.

PCI DSS 4.0.1 beynəlxalq sertifikasiyası Bankda müştərilərin ödəniş kartı məlumatlarının ən etibarlı şəkildə qorunduğunu, burada tətbiq olunan təhlükəsizlik standartlarının Visa, Mastercard, American Express kimi qlobal ödəniş sistemlərinin tələblərinə tam uyğunluğunu göstərir.

Qeyd edək ki, ABB-nin mobil bank tətbiqi olan ABB mobile da Beynəlxalq Standartlaşdırma Təşkilatının (International Organization for Standardization – ISO) ISO/IEC 27001:2022 sertifikatına malikdir.

Bütün bunlar Bankın müştərilər qarşısındakı məsuliyyətinin və innovativ yanaşmasının göstəricisidir. Maliyyə xidmətlərinin etibarlılığı, təhlükəsizliyi ABB üçün ən mühüm prinsiplərdəndir.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən əldə etmək olar.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.