Home » ABB Tech Akademiyasında “Karyera Həftəsi” baş tutdu

ABB Tech Akademiyasında “Karyera Həftəsi” baş tutdu

by khayale
0 rəy 0 baxış 1 dəqiqə oxuma

ABB Tech Akademiyasının təşkilatçılığı ilə Akademiyanın tələbə və məzunları üçün “Karyera Həftəsi” keçirilib. Tədbirdə ABB, Azərikard, Azercell, Azerconnect, Azintelecom, Unibank, Bank of Baku, Rabitəbank, Bank Respublika, Caspian İnnovation Center, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin nümayəndələri də iştirak edib.

Tədbirin əsas məqsədi ABB Tech Akademiyasının tələbə və məzunlarını ölkəmizin əmək bazarı, mövcud karyera imkanları ilə tanış etmək olub.

Tələbə və məzunlar işəgötürənlərin təqdimatlarını dinləyib, şirkətlərdəki aktiv vakansiyalar, təcrübə proqramları barədə ətraflı məlumat əldə ediblər. Stendlərdə qurumların təmsilçilərindən suallarına cavab alıblar.

ABB Tech Akademiyası  öz məzun və tələbələrinin işlə təmin olunmasına daim dəstək verir. Hazırda Akademiyanın məzunlarının 82%-i ölkəmizdə və xaricdə qabaqcıl şirkətlərdə çalışmaqdadırlar.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/   rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.