Home » ABB xarici bankdan pay almaq istəyir

ABB xarici bankdan pay almaq istəyir

by yunus
0 comments 1 views 1 minutes read

“Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) xarici bankdan pay almaq istəyir.

BBN.az  Banka istinadən xəbər verir ki, bu məsələ qurumun səhmdarların mayın 7-də keçiriləcək növbəti ümumi yığıncağının gündəliyinə salınıb.

Yığıncaq onlayn olacaq, səhmdarlar qiyabi şəkildə, Milli Depozit Mərkəzinin İnvestor Portalında (invp.e-mdm.gov.az) yaradılmış şəxsi kabinet vasitəsilə səs verəcəklər.

Yığıncağın gündəliyinə ABB-nin kənar auditdən keçmiş 2025-ci il üzrə maliyyə və idarəetmə hesabatlarının təsdiq edilməsi, ötən ilin maliyyə nəticələrinə əsasən səhmdarlara dividend ödənilməsi, aktivlərin idarə edilməsi üzrə törəmə şirkətin yaradılması, xarici bankda iştirak payının (nəzarət səhm paketinin) alınması, Bankın Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi məsələləri daxildir.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.