Azərbaycan Banklar Assosiasiyasının törəmə qurumu olan “Banklar və Biznes qəzeti” 1999-cu ildə təsis edilmişdir. Hazırki dövrdə informasiya texnologiyalarının sürətli inkişafı və gündəlik həyatımıza sıx inteqrasiya olunması, o cümlədən internet əlçatanlığının durmadan genişlənməsi nəticəsində elektron resurslarvasitəsilə məlumatların ötürülməsinin daha əlverişli və effektiv olduğunu nəzərə alaraq, qəzetin online versiyası – “Banks and Business Newspaper” veb-portalı yaradılmışdır.
Online qəzetin vizyonu bank və maliyyə sahəsində etibarlı ilkin məlumat mənbəyinə çevrilməkdir. Qəzet, həmçinin maliyyə maarifləndiriciliyi missiyasını yerinə yetirməyi qarşısına məqsəd qoymuşdur. Oxucuya bank və maliyyə sahəsində rəsmi və etibarlı xəbərlər çatdırmaqla yanaşı, Qəzet, analitik iqtisadi məqalələr də dərc edir ki, bu da oxucuya bank sahəsində yeniliklərdən xəbər tutmağa, bu sahədədaha dərin informasiyaya sahib olmağa imkan verir.