Home » ABŞ 2025-ci il üçün neftin qiyməti ilə bağlı proqnozunu aşağı salıb

ABŞ 2025-ci il üçün neftin qiyməti ilə bağlı proqnozunu aşağı salıb

by yunus
0 comment 0 views 1 minutes read

ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) gələn il üzrə neft qiymətləri proqnozunu yenidən nəzərdən keçirib.

BBN.az xəbər verir ki, EIA-nın “Dekabr 2024 Qısamüddətli Enerji Perspektivi Hesabatı”na görə, bazarların gələn il illik bazda nisbətən tarazlaşacağını fərz edərək, Brent tipli xam neftin barel qiymətinin indiki səviyyələrə yaxın bir seyir izləməsi gözlənilir.

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və bəzi qeyri-OPEC hasil edən ölkələrdən ibarət OPEC+ qrupunun 2025-ci il ərzində hasilatı yeni hədəf səviyyələrə çatdıracağı və ilin sonunda qlobal neft ehtiyatlarının bugünkü səviyyələrə yaxın qalacağı proqnozlaşdırılır.

Ehtiyatların birinci rübdə OPEC+ ixtisarı ilə gündə təxminən 700 min barel azalacağı, ilin qalan hissəsində isə OPEC+ və qeyri-OPEC+ ölkələrində hasilatın artması ilə gündə təxminən 100 min barel artacağı təxmin edilir. Bu artımlarla Brent markalı neftin barel qiymətinin 2025-ci ildə bu ilki orta səviyyə olan 80 dolların altında qalacağı hesablanır.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.