ABŞ-da 1 həftədə 2 bank bağlandı və Prezident açıqlama verib

“Silicon Valley Bank” (SVB) və “Signature Bank”ın uğursuzluğundan sonra ABŞ-da sektora inam azalıb və digər banklarda əmanətləri olan amerikalıları vəsaitlərinin taleyi maraqlandırır.

BBN.az NBC News TV proqramına istinadən xəbər verir ki, adıçəkilən bu iki bankın iflasından sonra ölkə prezidenti açıqlama verib. Joe Biden bildirib ki, ABŞ bank sistemi təhlükəsizdir və amerikalılar onlara lazım olan zaman vəsaitlərini geri çəkə bilərlər.

Qeyd edək ki, son 1 həftədə ABŞ-da 2 bank iflas etdiyini elan edib və buna səbəb isə Mərkəzi Bankın il içərisində sürətli faiz artımları ilə bağlı olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır