0
![](https://bbn.az/wp-content/uploads/2024/05/Azerbaycan_Kredi_karti_570x90.png)
ABŞ-da “Silicon Valley Bank” (SVB) və “Signature Bank”ın iflas xəbərindən sonra qlobal bank sektorunun taleyi ilə bağlı narahatlıq artıb.
BBN.az Avstraliyanın 7News TV kanalına istinadən xəbər verir ki, ABŞ-da baş verən bu hadisələrdən sonra ölkənin səhm bazarında qiymətlər 1.46% enib və bu isə son 10 həftənin ən aşağı səviyyəsidir.
Qeyd edək ki, Avstraliyanın Maliyyə naziri isə açıqlamasında bildirib ki, sektor güclü, stabil, qazanclı qalmağa davam etməkdədir.