Home » ABŞ-da benzinin qiyməti aylar ərzində ilk dəfə 4 dollardan aşağı düşüb

ABŞ-da benzinin qiyməti aylar ərzində ilk dəfə 4 dollardan aşağı düşüb

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

ABŞ-da benzinin qiymətinin milli ortalaması ötən həftə (daha dəqiq çərşənbə günü-red.) 1 qallona görə 3.99 dollara düşüb, bu isə martın əvvəlindən bəri qeydə alınan ən aşağı göstəricidir.

BBN.az Amerikanın NBC News saytına istinadən xəbər verir ki, benzinin qiyməti iyunda Rusiyanın Ukraynanı işğal etməsi fonunda özünün rekord həddinə çatıb və 1 qallonu 5.02 dollara satılıb.

Amerika Avtomobil Assosiasiyasının datasına, əsasən bu ay benzinin qiymətinin milli ortalaması 4 dollardan aşağı olacaq. Bu Rusiyanın Ukraynanı fevraldan bəri işğal etməsindən sonra təchizat ilə bağlı yaranan qorxuların azalması ilə bağlıdır.

Həmçinin bildirilib ki, bir çox sürücülər qiymətlərin yenidən qalxması qorxusundan dolayı benzin çənlərini doldurmurlar, insanlar yüksək qiymətlər ilə mübarizə aparmaq üçün davranışlarında dəyişiklik ediblər.

Benzinin qiymətində azalma amerikalılara inflyasiya ilə mübarizə aparmaq üçün bir rahatlıq mənasına gələ bilər, ancaq iqtisadçılar növbəti aylar üçün mümkün iqtisadi tənəzzül ilə bağlı xəbərdarlıq edirlər. Azalma, həmçinin, Bayden administrasiyasına ilkin prezident seçkiləri üçün yaxşı xəbər hesab edilir.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.