Home » ABŞ-da işsizlik səviyyəsi enib, Mərkəzi Bank isə əksini istəyir

ABŞ-da işsizlik səviyyəsi enib, Mərkəzi Bank isə əksini istəyir

by bbnadm
0 rəy 2 baxış 1 dəqiqə oxuma

2022-ci ilin sentyabrında ABŞ iqtisadiyyatına 263.000 yeni iş yeri əlavə edilib, işsizlik dərəcəsi isə enib. Cari ilin iyulunda isə bu rəqəm 528.000 olub. 

BBN.az NBC News-un oktyabrın 7-dəki buraxılışına istinadən xəbər verir ki, işsizlik səviyyəsi 3.5%-ə enib.

NBC News-dan bildiriblər ki, əslində ABŞ-ın Mərkəzi Bankı (FED) çalışır ki, işsizlik dərəcəsi daha yüksək olsun, iqtisadiyyatı yavaşlatmaqla artan inflyasiyanın qarşısını almağa çalışırlar. Bu isə o deməkdir ki, son 40 ilin ən yüksək inflyasiyası ilə mübarizə aparmaq üçün FED faiz dərəcələrini artıracaq. Həmçinin məşğuliyyət hesabatı göstərir ki, Mərkəzi Bank 2022-ci ilin sonuna qədər faiz dərəcələrini yüksəldəcək. Bu isə borcları, krediti və ipoteka kreditlərini daha bahalı edəcək. 

Ancaq maraqlısı budur ki, ABŞ prezidenti pozitivliyini qoruyub saxlayır. Bir çox şirkətlər isə yeni işə qəbul prosesini, ya azaldır, ya da dondururlar. Məsələn, Meta-Facebook, Amazon, Walmart, FedEx və s. Kiçik biznes sahibləri isə yüksələn qiymətlər və təchizat problemi ilə əlaqədar olaraq sadəcə cari işçiləri qoruyub saxlamağa çalışırlar. Lakin böyük polad istehsalı ilə məşğul olan şirkətlər isə yeni işçi qəbulunu davam etdirəcəklər və orta hesabla əmək haqqı isə 140.000 dollar olacaq. 

Ekspertlər isə deyirlər ki, bu həftə sentyabrı əhatə edən yeni inflyasiya dərəcəsi açıqlanacaq. FED bu hesabatları yaxından izləyəcək və Mərkəzi Bankın yeni qərarı isə 1-2-də yeni hesabatlardan sonra veriləcək.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.