Home » ABŞ-da işsizlik son 50 ilin ən aşağı səviyyəsindədir, amma bu FED-in səyləri ilə üst-üstə düşmür

ABŞ-da işsizlik son 50 ilin ən aşağı səviyyəsindədir, amma bu FED-in səyləri ilə üst-üstə düşmür

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

“Yanvarda ABŞ əmək bazarına 500.000 (daha dəqiq 517.000) iş yeri əlavə edilib və bu isə ekspertlərin gözləntilərindən (proqnoz 187.000 idi) çoxdur. Ölkədə işsizlik dərəcəsi isə son 50 (1969-cu il) ildən çox bir müddətə ən aşağı səviyyədədir və 3.5%-dən 3.4%-ə enib. Bu yaxşı xəbər olsa da, ABŞ Mərkəzi Bankının (FED) inflyasiyanı aşağı salmaq ilə bağlı cəhdləri ilə üst-üstə düşmür”.

BBN.az NBC News TV proqramına istinadən xəbər verir ki, ölkə prezidenti Joe Biden isə açıqlamasında deyib ki, daha çox insan əmək bazarına daxil olur və yeni iş yerləri axtarır. 

Qeyd edək ki, texnologiya sektorunda bir çox nəhəng adlar işçi ixtisarına getsə də əmək bazarına yanvarda daha çox iş yerinin əlavə edilməsi bu sektordan bir çox işsizlərin başqa sahələrə getməsinə səbəb olur və onlar çox asanlıqla iş tapırlar. 

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.