Home » ABŞ Energetika Nazirliyi neft qiymətləri üzrə proqnozunu kəskin artırdı

ABŞ Energetika Nazirliyi neft qiymətləri üzrə proqnozunu kəskin artırdı

by Zeyneb
0 comments 1 views 1 minutes read

ABŞ Energetika Nazirliyi 2026-cı il üçün “Brent” markalı etalon neftin orta qiyməti ilə bağlı proqnozunu əhəmiyyətli dərəcədə artırıb.

2026-cı ildə “Brent” markalı neftin orta qiymətinin bir barel üçün 78,84 ABŞ dolları səviyyəsində olacağı gözlənilir. Bu göstərici əvvəlki proqnozla müqayisədə 36,7% və ya 57,69 dollardan xeyli yüksəkdir.

EIA-nın proqnozuna əsasən, 2026-cı ildə WTI (West Texas Intermediate) markalı neftin orta qiymətinin isə 73,61 dollar olacağı ehtimal edilir. Qurumun əvvəlki proqnozu 53,42 dollar idi ki, bu da yeni qiymətləndirmədə 37,8% artım deməkdir.

Hesabatda qeyd olunur ki, Yaxın Şərqdə hərbi əməliyyatların başlanması qlobal enerji bazarlarında qiymət artımına səbəb olub. Martın 9-da “Brent” markalı neftin spot qiyməti bir barel üçün 94 dollar səviyyəsinə yüksəlib. Bu isə ilin əvvəlindən təxminən 50% artım deməkdir və 2023-cü ilin sentyabrından bəri qeydə alınan ən yüksək göstəricidir.

EIA bildirir ki, xam neftin bahalaşması əsasən Hörmüz boğazından neft daşımalarının azalması və Yaxın Şərqdə bəzi neft yataqlarında hasilatın dayandırılması ilə əlaqədardır.

Bununla yanaşı, qurum 2027-ci il üzrə proqnozlarını da yeniləyib. Belə ki, gələn il “Brent” markalı neftin orta qiymətinin bir barel üçün 64,47 dollar (əvvəlki proqnoz – 53 dollar), WTI markalı neftin isə 60,81 dollar (əvvəlki proqnoz – 49,34 dollar) səviyyəsində olacağı gözlənilir.

Məlumata görə, 2025-ci ildə “Brent” markalı neftin orta qiyməti 69,04 dollar, WTI markalı neftin orta qiyməti isə 65,4 dollar təşkil edib.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.