Home » ABŞ Federal Ticarət Komissiyası (FTC) “Microsoft”a qarşı antiinhisar araşdırmasına başlayıb

ABŞ Federal Ticarət Komissiyası (FTC) “Microsoft”a qarşı antiinhisar araşdırmasına başlayıb

by yunus
0 comment 0 views 1 minutes read

ABŞ Federal Ticarət Komissiyası (FTC) Microsoft-a qarşı proqram təminatının lisenziyalaşdırılması və bulud hesablama fəaliyyətləri də daxil olmaqla geniş miqyaslı antiinhisar araşdırmasına başlayıb.

BBN.az xəbər verir ki, bu barədə “CNBC-e“ məlumat yayıb.

Əvvəllər bildirilmişdi ki, FTC Microsoft-un bazardakı səlahiyyətlərindən sui-istifadə etməsi və müştərilərin məlumatlarını Azure bulud xidmətindən rəqib platformalara köçürməsinin qarşısını almaq üçün cəza lisenziyalaşdırma şərtləri tətbiq etməsi ilə bağlı iddiaları araşdırır.

Sentyabr ayında Google bulud xidmətlərində rəqabətə zidd fəaliyyətlər həyata keçirdiyini əsas gətirərək Microsoft-a qarşı Aİ-yə şikayət edib. Google Cloud-un vitse-prezidenti Amit Zaveri açıqlamasında Microsoft-un rəqib bulud hesablama sistemlərində Windows Server istifadə etmək istəyən müştərilərdən 400 faiz daha çox pul istədiyini və Microsoft-un Azure istifadə edildiyi təqdirdə bu qiymətin keçərli olmadığını bildirib.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.