Home » ABŞ-ın Mərkəzi Bankı 1990-ci illərdən bəri ən aqressiv faiz artımı qərarı verdi

ABŞ-ın Mərkəzi Bankı 1990-ci illərdən bəri ən aqressiv faiz artımı qərarı verdi

by bbnadm
0 rəy 0 baxış 2 dəqiqə oxuma

ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FES) çərşənbə günü, iyulun 27-dəki görüşündə faiz dərəcələrini yenidən artırmaq barəsində qərar qəbul edib.

BBN.az NBC News TV proqramına istinadən xəbər verir ki, FES daha 0,75%-lik artıma gedib, bu da faiz dərəcələrini 2,25% və 2.5% arasında qoruyub saxlamasına kömək olacaq.

İqtisadçılar isə öncədən proqnoz edirdilər ki, iyulun 27-də, ¾ bəndlik başqa bir artım olacaq. FES-in belə bir addım atmasına səbəb inflyasiya ilə mübarizə aparmaq, ölkə iqtisadiyyatını iqtisadi tənəzzülə getməyinin qarşısını almaqdır. Hazırda FES çalışır ki, inflyasiyanı 9%-dən 2%-ə endirsin. Həmçinin faiz artımından sonra bank, avtomobil, mənzil kreditləri daha baha olacaq, ekspertlərin fikrincə, bu təkcə müştərilərə deyil, kiçik biznesə də təsir edəcək. Məsələn, orta hesabla kredit kart balansı 5,010 dollar olan şəxs, faiz dərəcəsinin 17,25%-dən 18-ə yüksəlməsindən sonra, ekstra 283 dollar ödəyəcək.

Mərkəzi Bankın rəhbəri Jerome Powell, iyulun 27-də təşkil edilən brifinqdə, ABŞ-ın iqtisadi tənəzzülə gedəcəyi ilə bağlı fikirlərə də münasibət bildirib, o deyib ki, hazırda əmək bazarı çox güclüdür, maaşlar artıb, ona görə də iqtisadi tənəzzülün olacağı fikri əsassızdır.

2022-ci ildə Federal Ehtiyatlar Sistemi faiz dərəcələrində 3 dəfə dəyişikliyə gedib, məsələn, martda ¼, mayda yarım bənd, iyunda isə 1 balın ¾-ü qədər artıma getmişdi. Bu isə 1994-cü ildən bəri ən yüksək göstərici idi. FES-in 2022-ci ildə daha 3 görüşü nəzərdə tutulub, bunlar sentyabr, noyabr, dekabrda olacaq.

Xatırlatmaq yerinə düşər ki, daha öncə Avropa Mərkəzi Bankı (AMB) 11 ildən sonra faiz artımı qərarı vermişdi. AMB faiz dərəcələrini gözləntilərdən daha çox (50 baza bəndi ilə artıraraq 0.5%-ə yüksəltmişdi, depozit dərəcəsi isə 50 baza bəndi artımla 0-a çəkilmişdi) artırmışdı. 

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.