Home » ABŞ-ın Mərkəzi Bankı 2008-ci ildən bu yana ən aqressiv faiz artımı qərarını açıqladı

ABŞ-ın Mərkəzi Bankı 2008-ci ildən bu yana ən aqressiv faiz artımı qərarını açıqladı

by bbnadm
0 rəy 1 baxış 2 dəqiqə oxuma

Sentyabrın 21-də ABŞ-ın Mərkəzi Bankı (FED) son 3 ayda ardıcıl olaraq 3-cü dəfə aqressiv faiz artımına gedib. Yüksək inflyasiya ilə mübarizə aparmaq üçün FED-in həyata keçirdiyi qərarın nəticəsi son 14 ildə, yəni 2008-ci ildən bu yana ən yüksək rəqəm hesab edilir. Bankdan bildirilib ki, gözlənilir ki, borc vəsait almaq artacaq və yüksək qalacaq.

BBN.az NBC News TV proqramına istinadən xəbər verir ki, bank əsas faiz dərəcələrini 0.75 baza bəndi artıraraq 3%-dən 3.25%-ə yüksəldib.

İnflyasiyanı nəzarətdə saxlamaq üçün rəsmi orqanın qərarı iqtisadiyyatın zəifləməsinə səbəb olacaq. Mərkəzi Bankın prezidenti Jerome Powell isə qəbul edir ki, qərar iqtisadiyyat üçün “bir qədər ağrıya” səbəb olacaq: “Ümid edirdim ki, burada ağrısız bir yol var, amma yoxdur”, – deyə prezident sözlərinə əlavə edib.

Bank isə çalışır ki, iqtisadi tənəzzülə getmədən inflyasiyanı aşağı endirsin. 

Avqust ayının nəticələrinə, əsasən ABŞ-da illik inflyasiya 8.3% olub. Təxminlərə görə isə 2023-cü ilin sonunda ölkədə işsizlik özünün hazırki səviyyəsindən 3.7%-dən 4.4%-ə yüksələcək. NBC News TV-dən bildiriblər ki, bu sonuncu faiz artımı qərarı deyil və prezident bankın noyabr ayında planlaşdırılan görüşündə faiz dərəcələrini artıracağı ilə bağlı siqnal verib.

CBC TV-dən deyilib ki, bu təkcə ABŞ-da deyil, Kanada da müşahidə ediləcək və güclənən ABŞ dolları qarşısında zəif Kanada dolları ölkə üçün idxalı daha bahalı etməklə, məhsulların qiymətinin yüksəlməsinə gətirib çıxaracaq.

Qeyd edək ki, bugünkü görüşündə Böyük Britaniyanın Mərkəzi Bankının (Bank of England) da ardıcıl 7-ci dəfə faiz dərəcələrini artıracağı ilə bağlı qərar qəbul edəcəyi gözlənilir.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.