ABŞ-ın Xəzinə naziri Janet Yellen Afrika qitəsinə 10 günlük səfər edib, məqsəd isə iki qitə (Şimali Amerika) arasında iqtisadi əlaqələri möhkəmləndirmək, ticarəti artırmaqdır.
BBN.az Bloomberg-ə istinadən xəbər verir ki, səfər çərçivəsində Cənubi Afrikaya gedən nazir deyib ki, məqsəd təchizatı müxtəlifləşdirməkdir.
O, bu gün Cənubi Afrikanın Maliyyə naziri Enoch Godongwana ilə görüşüb, xam materialların təchizatı ilə bağlı məsələlərə də toxunub.
Nazir toxunulan məsələlərdən yola çıxaraq iki ölkənin iqtisadiyyatlarının möhkəmləndirilməsinə təkan verəcəyini açıqlayıb.