Home » ABŞ iqtisadiyyatı 2025-ci ilin üçüncü rübündə gözləniləndən daha çox böyüyüb

ABŞ iqtisadiyyatı 2025-ci ilin üçüncü rübündə gözləniləndən daha çox böyüyüb

by yunus
0 comments 0 views 1 minutes read

ABŞ Ticarət Nazirliyi iyul-sentyabr ayları üçün ilkin Ümumi Daxili Məhsul (ÜDM) məlumatlarını açıqlayıb.

BBN.az xəbər verir ki, ABŞ iqtisadiyyatı bu ilin üçüncü rübündə gözləntiləri aşaraq 4,3 faiz artıb. Ölkə iqtisadiyyatı son iki ildə ən sürətli artımı qeydə alıb.

Ölkə iqtisadiyyatı 2023-cü ilin üçüncü rübündən bəri ən yüksək artım göstəricisini qeydə alıb.

Gözləniləndən daha çox böyüyən ABŞ iqtisadiyyatının bu dövrdə 3,3 faiz böyüməsi proqnozlaşdırılırdı. Bu ilin birinci rübündə 0,6 faiz azalan iqtisadiyyat ikinci rübdə 3,8 faiz böyüdü.

Şəxsi istehlak xərcləri qiymət indeksi üçüncü rübdə 2,8 faiz artıb. Bu indeks ikinci rübdə 2,1 faiz artıb. Ərzaq və enerji xərclərini xaric edən əsas şəxsi istehlak xərcləri qiymət indeksi də eyni dövrdə 2,9 faiz artıb.

Bazar gözləntilərinə uyğun olaraq, əsas şəxsi istehlak xərcləri qiymət indeksi ikinci rübdə 2,6 faiz artıb.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.