Home » ABŞ–İran gərginliyi fonunda qızılın qiyməti rekord səviyyəni keçdi

ABŞ–İran gərginliyi fonunda qızılın qiyməti rekord səviyyəni keçdi

by Zeyneb
0 comments 3 views 1 minutes read

ABŞ ilə İran arasında artan geosiyasi gərginlik fonunda qızılın qiyməti tarixi maksimuma yüksələrək bir unsiya üçün 5 500 dollar həddini aşıb.

Məlumata görə, ABŞ prezidenti Donald Trampın İranla bağlı yeni hərbi zərbə variantını nəzərdən keçirməsi barədə xəbərlər investorları təhlükəsiz aktivlərə yönəldib. Bu da qızıl bazarında güclü alış dalğasına səbəb olub.

Spot qızılın qiyməti 1%-dən çox artaraq 5 595,41 dollar, aprel ayı üzrə qızıl fyuçersləri isə 5 625,89 dollar səviyyəsinə yüksəlib.

CNN-in məlumatına əsasən, İranın nüvə proqramı və raket istehsalı ilə bağlı danışıqların dalana dirənməsindən sonra Tramp “iri miqyaslı yeni zərbə” ehtimalını müzakirə edir. ABŞ-ın Yaxın Şərqə hərbi gəmilər göndərməsi də gərginliyi daha da artırıb.

Ekspertlər bildirir ki, Yaxın Şərqdə mümkün eskalasiya, zəif dollar və ABŞ siyasəti ətrafında qeyri-müəyyənlik qızılı əsas dəstək amilləri olaraq ön plana çıxarır.

Gümüş və platin qiymətləri isə əvvəlki rekord yüksəlişdən sonra nisbətən sabitləşib. ABŞ Federal Ehtiyat Sisteminin faizləri dəyişməməsi qızıl bazarına ciddi təsir göstərməyib.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.