![](https://bbn.az/wp-content/uploads/2024/05/Azerbaycan_Kredi_karti_570x90.png)
Ötən həftənin çərşənbə axşamı ABŞ Mərkəzi Bankı (FED) yüksək inflyasiya ilə mübarizə aparmaq üçün faiz dərəcələrini 0.25% artıraraq 5%-ə çatdırıb, bu isə 9-cu ardıcıl belə artımdır.
BBN.az CBC.ca-ya istinadən xəbər verir ki, 2022-ci ildə isə FED-in təyin etdiyi faiz dərəcələri 0 idi.
FED-in rəhbəri Jerome Powell iclasın sonunda ABŞ bank sisteminin güclü olduğunu bildirib, eyni zamanda rəhbər bank iflaslarının iqtisadi aktivliyə mümkün təsirləri barəsində də xəbərdarlıq edib.
Qeyd edək ki, cari ayın əvvəlində ABŞ-da iki regional bank – “Silicon Valley Bank” (SVB), “Signature Bank” faiz artımlarının davam etməsi fonunda iflas etdiyini elan etmişdi.