
Asiya səhm bazarları cümə günü qlobal enişi davam etdirib.
BBN.az xəbər verir ki, ABŞ-da gözlənilən məşğulluq məlumatlarının faiz dərəcələrinin yaxın perspektivi ilə bağlı aydınlıq yaratmaması, investorların riskli aktivlərdən yenidən uzaqlaşmasına səbəb oldu. Bu arada, Nvidia-nın güclü mənfəət nəticələri bazarlardakı ümumi pessimizmi neytrallaşdıra bilmədi.
Nikkei 1,8%, Cənubi Koreya indeksləri isə 3%-dən çox geriləyib. Yapon yeninin zəifləməsi fonunda dollar yen, avstraliya və yeni zelandiya dollarına qarşı yeni zirvələrə yüksəlib.
İnvestorların diqqəti indi Tokio hökumətinin cümə günü açıqlayacağı stimullaşdırıcı paketə yönəlib.
Wall Street-də də vəziyyət gərgin olub: yüksək qiymətləndirilmiş texnologiya səhmlərinə dair narahatlıqlar fonunda Nasdaq kəskin enişlə günü bağlayıb.





