Home » ABŞ Mərkəzi Bankının rəhbəri Jerome Powell-in yeni açıqlaması gündəm olub

ABŞ Mərkəzi Bankının rəhbəri Jerome Powell-in yeni açıqlaması gündəm olub

by ulviyya
0 rəy 9 baxış 1 dəqiqə oxuma

ABŞ Mərkəzi Bankının (FED) rəhbəri Jerome Powell “Jackson Hole symposium”da (FED tərəfindən təşkil edilən illik tədbirdə) çıxış edib. 

BBN.az BBC Business-ə istinadən xəbər verir ki, FED sədri çıxışında qeyd edib ki, əsas faiz dərəcələri daha da arta və uzun müddət yüksək qala bilər: “Eyni zamanda inflyasiya özünün pik həddindən aşağı ensə də, yenə də FED-in 2%-lik hədəfindən uzaqdır”. 

Jerome Powell əlavə edib ki, qlobal səviyyədə qiymətləri yüksəkdə saxlayan faktorlardan biri də Rusiyanın Ukraynada davam edən hərbi əməliyyatlarıdır: “Əsas inflyasiyanın 2022-ci ildəki özünün pik həddi olan 9.1%-dən enməsinə rəğmən, ərzaq və enerjinin qiymətləri yenə də dəyişkən olaraq qalır”, – deyə tənzimləyicinin rəhbəri əlavə edib.  

Həmçinin sədr qeyd edib ki gələcək faiz artımları ilə bağlı qərar isə ABŞ-da gözlənilən data-ların nəticələrinə bağlı olacaq.  

Qeyd edək ki, ABŞ-da iyul ayında illik inflyasiya 3.2% olub və əsas faiz dərəcəsi isə 5.25%-dir və bu isə son 22 ilin ən yüksək səviyyəsindədir. FED bu rəqəmə isə 2022-ci ilin əvvəlindən bu yana etdiyi 11 ardıcıl faiz artımı qərarlarından sonra çatıb. 

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.