Home » ABŞ neft platformalarının sayını 292-yə çatdırıb

ABŞ neft platformalarının sayını 292-yə çatdırıb

by bbnadm
0 comments 0 views 1 minutes read

ABŞ koronavirus pandemiyası səbəbindən neftə olan tələbatın azalması ilə neft və qaz yataqlarında fəaliyyət göstərən platformalarının sayını 374-ə qədər azaldıb. Bu isə, say baxımından ABŞ tarixində 1975-ci ildən bu yana qeydə alınan ən aşağı göstəricidir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə platformaların sayı 614 azalıb.

Təkcə bu həftə fəaliyyətini dayandıran 34 platformanın 33-ü neft platformasıdır. Bununla da, neft platformalarının sayı 292-yə geriləyib. Qeyd edək ki, mart ayının ortaları bu göstərici 683, ötən ilin may ayında isə 807 səviyyəsində olub. Ötən həftə neft platformalarının sayında ən kəskin azalma Texas (-28) ştatında qeydə alınıb.

Kanadada isə, ötən illə müqayisədə neft və qaz platformalarının sayı müvafiq olaraq 15 və 22 səviyyəsində geriləyib. Hazırda, Kanadada 7 neft və 19 qaz platforması faəliyyət göstərir.

You may also like

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.