Home » ABŞ özünün borc limitinə çatdı: Xəzinə naziri Janet Yellen çıxış yolları axtarır

ABŞ özünün borc limitinə çatdı: Xəzinə naziri Janet Yellen çıxış yolları axtarır

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

ABŞ özünün borc limitinə çatıb, hazırda isə Xəzinədarlıq Departamenti potensial defoltun (ölkə əldə etdiyi borcları ödəyə bilmir) qarşısını almaq üçün ölçülər həyata keçirməkdədir və bununla bağlı olaraq qurumun rəhbəri, Xəzinə naziri Janet Yellenin üzərinə böyük təzyiq düşür.

BBN.az ABC News TV-yə istinadən xəbər verir ki, ABŞ hökuməti yanvarın 19-da özünün 31.4 trilyon dollarlıq borc limitinə çatıb.

ABC News-dan bildirilib ki, 2022-ci ildə Federal hökumət gəlir vergisindən 4.9 trilyon dollar toplamışdı. Eyni zamanda, cari periodda 6.3 trilyon dollar xərclənib.

Defisit isə 1.4 trilyon dollardır. Hökumətin 2022-ci ildə xərcləmələrində TOP 1-ə sosial təhlükəsizlik daxil olub. Söhbət isə 1.22 trilyon dollardan gedir və ümumi xərcləmələrin 19%-ni təşkil edir. Digəri sağlamlıq sektoru bura 914 trilyon dollar (15%), gəlir təhlükəsizliyinə 865 trilyon dollar (14%), milli müdafiəyə 767 trilyon dollar (12%), tibbə 755 trilyon dollar (12%) xərclənib.

Qeyd edək ki, bildirilir ki, əgər hökumət defolt elan edərsə, bu sosial təhlükəsizlik üçün ödənişlərə, tibb və digər Federal faydalara təsir edəcək. Eyni zamanda qlobal marketdə qeyri-müəyyənliyin yaranmasına səbəb olacaq və maliyyə böhranının alovlanmasına təkan verəcək.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.