Home » ABŞ Prezidenti Donald Trump Avropa İttifaqı və Meksikaya qarşı yeni tarif tətbiq edir

ABŞ Prezidenti Donald Trump Avropa İttifaqı və Meksikaya qarşı yeni tarif tətbiq edir

by yunus
0 comments 4 views 1 minutes read

ABŞ Prezidenti Donald Trump 14 iyul 2025-ci ildə Avropa İttifaqı (Aİ) və Meksikadan idxal olunan mallara avqustun 1-dən etibarən 30% tarif tətbiq ediləcəyini açıqlayıb. Trump bu qərarı Aİ Komissiyasının sədri Ursula fon der Leyen və Meksika Prezidenti Klaudiya Sheinbaum-a ünvanladığı məktublarla təsdiqləyib və məktubları “Truth Social” platformasında paylaşıb.

BBN.az xəbər verir ki, Trump bildirib ki, əgər Aİ üzv dövlətləri və ya şirkətlər ABŞ-da istehsal və ya fabriklər açarsa, tarif tətbiq olunmayacaq. Əks halda, Aİ və Meksika cavab tədbirləri görərsə, əlavə tariflər də tətbiq ediləcək.

2022-ci ildə ABŞ Aİ-dən 553 milyard dollar, Meksikadan isə 454,8 milyard dollar dəyərində məhsul idxal edib. Avropa İttifaqı yeni tariflərin ticarət zəncirlərinə mənfi təsir göstərəcəyini vurğulayaraq danışıqları davam etdirməyə hazır olduğunu açıqlayıb. Meksika hökuməti isə qərarı “ədalətsiz” adlandırıb və qarşılıqlı dialoqun vacibliyini bildirib.

Trump əlavə olaraq, 23 digər ölkəyə, o cümlədən Kanada, Yaponiya və Braziliyaya 20–50% arası yeni tariflərin tətbiq ediləcəyini bəyan edib. Məqsəd ABŞ-ın qlobal ticarətdə “ədalətli qarşılıqlı münasibətləri” təmin etməkdir.

O, NBC News-ə müsahibəsində qlobal tariflərin baza səviyyəsini 20%-ə qədər artırmağı planlaşdırdığını da qeyd edib.

Qeyd: Hazırda qüvvədə olan rüsum faizləri aşağıdakı posterdə təqdim olunub.

 

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.