Home » ABŞ qlobal tarifləri artırır – 15%-lik rüsumlar bu həftə qüvvəyə minir

ABŞ qlobal tarifləri artırır – 15%-lik rüsumlar bu həftə qüvvəyə minir

by yunus
0 comments 0 views 1 minutes read

ABŞ Prezidenti Donald Tramp tərəfindən elan edilən qlobal tariflərin bu həftə tətbiq olunacağı açıqlanıb.

BBN.az xəbər verir ki, ABŞ Maliyyə naziri Scott Bessent  bildirib ki, tarif dərəcələri yaxın aylarda əvvəlki səviyyələrə qaytarılacaq.

Onun sözlərinə görə, bu qərar Maliyyə Nazirliyinin fevralın 20-də qəbul etdiyi qərardan sonra gündəmə gəlib.

Nazir qeyd edib ki, məhkəmə qərarından sonra elan olunan qlobal tariflərin 10 faizdən 15 faizə qaldırılması artıq bu həftədən tətbiq edilməyə başlanacaq. O bildirib ki, mövcud hüquqi çərçivə bu tariflərin 150 gün müddətində qüvvədə qalmasına imkan verir.

Bessentin sözlərinə görə, bu müddət ərzində ABŞ ticarət siyasətini daha dayanıqlı hüquqi əsaslar üzərində qurmağı planlaşdırır.

Bessent vurğulayıb ki, Hörmuz qlobal neft ticarəti üçün həyati əhəmiyyət daşıyır və Vaşinqton bu marşrutun təhlükəsiz qalmasını təmin etməyə hazırdır.

Nazir həmçinin bildirib ki, artıq ilk addım atılıb və Nazirlik Fars körfəzində fəaliyyət göstərən neft tanker və yük gəmiləri üçün siyasi risk sığortası təqdim etməyə başlayıb. Bu addım regionda mümkün gərginliklərin dəniz nəqliyyatına təsirinin qarşısını almağa yönəlib.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.