Home » ABŞ sentyabrın 16-dək Yaponiyaya tarifləri azaldacaq

ABŞ sentyabrın 16-dək Yaponiyaya tarifləri azaldacaq

by Zeyneb
0 comments 0 views 1 minutes read

Yaponiyanın İqtisadiyyat naziri Ryosei Akazava bildirib ki, ABŞ sentyabrın 16-dək Yaponiya mallarına, xüsusilə avtomobillərə və ehtiyat hissələrinə tarifləri azaldacaq.

Nazir ABŞ prezidenti Donald Trampın ABŞ-Yaponiya ticarət razılaşması ilə bağlı sərəncamını rəsmiləşdirən 9 sentyabr tarixli ABŞ Federal Reyestr sənədinə istinad edərək, yenidən baxılmış tariflərin dərc olunduqdan sonra yeddi gün ərzində qüvvəyə minəcəyini açıqlayıb.

Xatırladaq ki, ABŞ iyul ayında Yaponiya ilə ticarət razılaşması əldə edərək, yapon mallarına rüsumları 15 faizə endirməyə razılaşıb. Bunun müqabilində Yaponiya ABŞ-a 550 milyard dollarlıq investisiya və kredit paketini qəbul edib.

Trampın keçən həftə imzaladığı sərəncam isə aşağı tariflərin tətbiq vaxtı ilə bağlı qeyri-müəyyənliyi aradan qaldırıb.

Müəllif: Mehin Qasımova, Banco.az

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.