![](https://bbn.az/wp-content/uploads/2024/05/Azerbaycan_Kredi_karti_570x90.png)
ABŞ-ın əmək bazarının inkişafı yavaşlayıb – Avqust ayı göstəriciləri açıqlandı
ABŞ əmək bazarının tənzimlənməsi güman ki artıq başlamışdır, belə ki, ölkənin Mərkəzi Bankı (FED) əmək bazarını yavaşlatmaqla, gəlirləri və inflyasiyanı azaltmağa çalışır.
BBN.az nytimes.com-a istinadən xəbər verir ki, 2022-ci ilin avqustunda əmək bazarının inkişafı yavaşlayıb, ancaq hələ də güclü olaraq qalır.
Bildirilir ki, FED-in potensial faiz artımı qərarları və iqtisadi tənəzzülün olması ehtimalı şirkətləri yeni işi qəbulu məsələsində geri çəkilməyə sövq edib, ancaq əmək bazarının özünü bərpası güclü görünür. Ötən ay əmək bazarına 315.000 yeni işlər əlavə edilib. Bu haqda isə Əmək Departamenti cümə günü bildirib. Bu rəqəm isə iyuldakı 528.000-dan enib. Ancaq bununla belə yeni rəqəmlər güclü inkişaf sürətinin olduğunu nümayiş etdirir.
İşsizlik səviyyəsi isə 3.7%-ə yüksəlib, iyulda isə bu rəqəm 3.5% idi, bu isə cəmi 0.2% fərq deməkdir. Avqustda orta saatlıq əmək haqqı isə cəmi 0.3% yüksəlib.