Home » “AccessBank” Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün 200 min manat ianə edib

“AccessBank” Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün 200 min manat ianə edib

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Hazırda Azərbaycan xalqı və Milli Ordu ölkənin ərazi bütövlüyünün bərpası uğrunda mübarizə aparır.

Mövcud vəziyyəti nəzərə alaraq “AccessBank” Vətənin bütövlüyünün təmin olunması uğrunda gedən döyüşlərdə zərər çəkmiş şəxslərə yardım məqsədilə ilkin mərhələdə 200 min manat vəsait ayırır. Bu vəsait hərbi hospitallara və cəbhəyani ərazilərdə yaralılara təcili tibbi yardım göstərmək üçün dərman və tibbi ləvazimataların alınmasına xərclənəcək. Vəsaitin bir hissəsinə isə hərbçilərin ilkin ehtiyaclarını ödəmələri üçün mallar alınacaq.   

“AccessBank” işğal altında olan torpaqları azad etməyə davam edən Azərbaycan xalqını və ordusunu dəstəkləyir. Bankın rəhbərliyi və kollektivi bütün azərbaycanlıları işğal altında olan ərazilərin azad edilməsi münasibətilə təbrik edir və ölkənin ərazi bütövlüyünün yaxın gələcəkdə tam bərpa olunacağına və hər bir azərbaycanlının öz evinə qayıdacağına inamını bildirir.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.